Distribütoru olduğumuz yağ istehsalçıları:
SPEEDOL markası sürtkü yağları istehsalı və satışı sahəsində ixtisaslaşmış aparıcı brendlərdən biridir. ABŞ markası olan Speedol yağları, geniş çeşidli yüksək keyfiyyətli motor yağları, sənaye sürtkü yağları və digər texniki mayelər təklif edir. Speedol məhsulları müasir texnologiyalara əsaslanaraq istehsal olunur və avtomobil, sənaye və digər sektorların tələblərinə uyğun hazırlanır. Şirkət müştərilərə etibarlı və ekoloji cəhətdən təmiz həllər təqdim etməklə yanaşı, müntəzəm olaraq məhsul çeşidini yeniləyir və mükəmməl xidmət təmin edir. Speedol həm yerli, həm də beynəlxalq bazarlarda rəqabətqabiliyyətli mövqeyə malikdir.
FilterPort şirkəti həmçinin Fransanın MOTUL brendinin Azərbaycanda rəsmi distrubütorudur. MOTUL şirkəti yüksək keyfiyyətli premium yağların nüfuzlu istehsalçısıdır. Şirkətin tarixi 1853-cü ildən başlayır və fəaliyyət müddəti 160 ili əhatə edir. MOTUL şirkəti sürtkü yağlarının inkişafı, istehsalı və satışını həyata keçirir. Avtomobillər, motosikletlər, skuterlər, kvadrosikllər, su, bağça və digər avadanlıqlar üçün nəzərdə tutulmuş yağ məhsulları Fransanın Abbevill (Abbeville) şəhərində yerləşən şirkətin yeganə və dünya şöhrətli zavodunda istehsal olunur.
MOTUL şirkəti aşağıda qeyd olunan yağ növlərinin istehsalına dair nəaliyyətlərdə öncüllük etmişdir:
- Avropada ilk hərfəsilli mühərrik yağı olan MOTUL CENTURY (1953)
- Dünyada ilk yarısintetik mühərrik yağı olan MOTUL 2100 (1966)
- Dünyada ilk 100%-lik sintetik mühərrik yağı olan MOTUL CENTURY 300V
- Dünyada ilk ikitaktlı mühərriklər üçün 100%-lik sintetik yağı olan MOTUL Century 300V 2T (1972)
- İlk turbo mühərrik yağı olan MOTUL TURBOIL (1983)
- Dünyada ilk 100%-lik bioloji parçalana bilən və sintetik yağ olan MOTUL BIO 2T (1991)
- Dünyada ilk dördtaktlı mühərriklər üçün mürəkkəb ester-efirlərinin əsasında istehsal olunan 100%-lik sintetik mühərrik yağı olan MOTUL 300V (1992)